Ermənistan müdafiə nazirinin müavini həbs olunub

OXUNUB: 576 DÜNYA

İrəvan məhkəməsi çərşənbə axşamı qanunsuz silah saxlamaq və başqasının əmlakını mənimsəməkdə ittiham olunan Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin deputatı Manvel Qriqoryanı həbs edib.

O, iki ay müddətinə həbs olunub.

Qriqoryan şənbə günü Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıb.

MTX-nın mətbuat xidmətinin məlumatına görə, Qriqoryana məxsus binalarda aparılan axtarışlar zamanı on minlərlə patron, qumbara, partlayıcı maddə və atıcı silahlarla yanaşı, onlarla retro və müasir avtomobillərin olduğu maşın parkı, həmçinin üzərində "əsgərlər üçün" yazılmış ərzaq, gigiyena vasitələri, tibbi ləvazimatlar və hərbi forma aşkar edilib.

Ermənistan parlamenti çərşənbə axşamı Qriqoryana qarşı cinayət təqibinə başlamağa icazə verib./report

 

İcmal.Az

RƏYLƏR