Ermənistan parlamentində qadın deputatların DAVASI

OXUNUB: 1051 DÜNYA
Ermənistan parlamentində hakim Respublika Partiyasının qadın deputatları Ermine Naqdalyan və Arpine Ovannisyan arasında intirqa başlayıb.

"Qraparak” qəzeti qadın deputatların hətta dava etmək səviyyəsinə çıxdığını yazıb.

Buna səbəb AŞPA-da Ermənistan nümayəndə heyətinin rəhbərinin kim olmasıdır. İndiyə qədər nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan idi, lakin bu seçkidən sonra keçmiş ədliyyə naziri Arpine Ovannisyan vitse-spiker postuna təyin edildi. Həmçinin, onun AŞPA-dakı nümayəndə heyətinə rəhbər olacağı da deyilir. Lakin Serj Sarkisyanın arvadı Rita Sarkisyanın yaxın rəfiqəsi olan Ermine Naqdalyan bu postu əldən vermək istəmir.

Qəzet yazır ki, Naqdalyanın əvvəlki postunun bərpa ediləcəyi də gözlənilir.//publika
 
 İcmal.Az

RƏYLƏR