Ermənistan Qarabağın Azərbaycana aid olduğunu rəsmən tanıdı - FOTOFAKT

OXUNUB: 594 GÜNDƏM SİYASƏT
Ermənistanın pasport idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ sakininə verdiyi pasportun "doğum yeri” qrafasında Azərbaycanın adını yazıb.

7News.Az xəbər verir ki, bu haqda məlumatı Blognews.am nəşri yayıb.

Sənədin 1975-ci ilin avqustunda Martuni rayonunda (indiki Xocavənd) anadan olan bir qadına 2019-cu ilin dekabr ayında verildiyi qeyd olunur.

Bu fakt internetin erməni seqmentində qəzəb doğurub, çünki bu, Ermənistanın Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu rəsmi tanımasıdır.

Əslində, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ sakinlərinə beynəlxalq pasportu verə bilməz. Buna görə "doğum yeri” qrafasında Azərbaycanın adını yazırlar.

Beynəlxalq qurumlar, bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. Üstəlik, Ermənistanın özü əsl Azərbaycan torpaqlarında yaradılan separatçı qurumu tanımır.
 
 
7News.Az

RƏYLƏR