Ermənistanda Elton Cona yumurta atdılar

OXUNUB: 567 DÜNYA

Həyat yoldaşı Devid Fernişlə Ermənistana səfər edən britaniyalı müğənni Elton Con gözlənilməz hadisə ilə rastlaşıb.

İcmal.Az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçiyə yumurta atılıb. 

 
Hadisə ifaçının qaldığı otelin qarşısında baş verib. Eltona atılan 3 yumurtadan ikisi dəyib. 

İnsidenti 34 yaşlı Ermənistan sakini Vaan Qriqoryan törədib. O, polisə özü təslim olub. İfadəsi alındıqdan sonra isə azadlığa buraxılıb. 

Vaanın hərəkətinin səbəbi açıqlanmasa da, bunun Conun qeyri-ənənəvi cinsi oriyentasiyası səbəbindən baş verdiyi güman edilir. 

Qeyd edək ki, Elton uzun müddətdir musiqiçi Devid Fernişlə ailəlidir. Onlar 2014-cü ildə münasibətlərini rəsmiləşdiriblər. Elayc və Zahar adlı iki övladları var.
 
İcmal.Az

RƏYLƏR