Ermənistanda etiraz aksiyasında 150-dən çox şəxs saxlanılıb

OXUNUB: 815 DÜNYA

Yerevanda Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir.

7News.Az Trend-ə istinadən xəbər verir ki, deputat Qaqik Tsarukyanın toxunulmazlığının aradan qaldırılmasına etiraz olaraq keçirilən aksiyada 154 nəfər saxlanılıb.

Ermənistan parlamentində keçirilmiş səsvermə zamanı deputat 87 lehinə səslə müxalif "Çiçəklənən Ermənistan” partiyası sədrinin mandatını ləğv edib.

Qeyd edək ki, Bir neçə gün əvvəl Q.Tsarukyan prokurorluğa çağırılaraq, seçki saxtakarlığı, mənimsəmə və vergidən yayınma ittihamları ilə bağlı ifadə verib.

 

7News.Az

RƏYLƏR