Yanvarın 18-də Ermənistanda Sisyan-Şəki avtomobil yolunda hərbi maşının iştirakı ilə ağır yol qəzası baş verib
İcmal.Az shamshyan.com-a istinadən xəbər verir ki, Sisyan-Şəki maşın yolunda təxminən 09.20 radələrində "VAZ 2107” və "Ural” markalı avtomobillər toqquşub
Yol hadisəsi nəticəsində VAZ 2107-də olan Arşak Ovannisyan və Martik Ovannisyan həlak olub, yaralanan Elmira Sarkisyan isə Sisyan tibb mərkəzinə çatdırılıb.
Fakt üzrə Ermənistan Cinayət Məcəlləsinin 242 maddəsinin 3-cü hissəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin balansında olan "Ural” markalı maşında hərbi qulluqçular daşınıb. Hərbiçilər qəzadan xəsarət almayıb, onların başqa avtomobillə hərbi hissəyə aparıldığı bildirilir.
İcmal.Az

























