Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında bombanın olmasına dair xəbər yanlış çıxıb.
İcmal.Az xəbər verir ki,"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, nazirliyin əməkdaşları iş yerlərinə qayıdıblar.
***12:52
Bomba həyəcanı ilə əlaqədar Yerevanda Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında olan insanlar evakuasiya edilib.
İcmal.Az xəbər verir ki, "Report"un "Novosti-Armeniya"ya istinadən verdiyi xəbər görə, nazirlik binasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olduqdan sonra oradakı əməkdaşların evakuasiyası həyata keçirilir.
Respublika meydanında yerləşən nazirlik binasına əməliyyatçılar göndərilib.
İcmal.Az

























