“Ermənistandan hələ kimsəyə xeyir gəlməyib” – DEPUTAT

OXUNUB: 419 GÜNDƏM Özəl SİYASƏT
 

"İran, qonşuluq prinsiplərinə zidd hərəkətləri ilə, Paşinyana, Ermənistana dəstək verməklə heç nəyə nail ola bilməyəcək. Çünki Ermənistandan hələ kimsəyə xeyir gəlməyib. Eləcə də onu müdafiə eləməkdən.” -7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

 

"Azərbaycan öz qonşuluğunu hər zaman kişi kimi edib. Amma nə təəssüf ki, İran eyni şəkildə davrana bilmədi, dürüst olmadı, səmimi olmadı, terrorçuya dəstək verdi, Ermənistana qucaq açdı və bununla da bütün dəyərləri tapdaladı. Və elə indi də Paşinyanla bərabərdir, qucaqlaşırlar, öpüşürlər, birgə bəyanatlar verirlər, öz aləmlərində birlik nümayiş etdirirlər. Fəqət, bir məqamı başa düşmürlər ki, namərdlərin səmimi birliyi olmur. Onları birləşdirən hansısa maraqlardır. Üstəlik, həm də xəbis maraqlar!

 

Molla rejimi bu hərəkətlilik və nümayişkəranə namərdliklə nəyə nail olmaq istəyir, orasını hələ tam anlamış deyiləm. Amma bir şey dəqiqdir: İran öz həddini nə qədər aşsa, biz tərəfdən cavab gecikməyəcək. Onsuzda yaman günə qalıblar, ölkə silkələnir, mitinqlər baş alıb gedir, hamı üsyana qalxıb. Bu vəziyyətdə gedib öz günlərinə ağlamaq, öz dərdlərinə çarə tapmaq əvəzinə hələ Paşinyana qucaq açırlar. Ayıbdır. Həqiqətən də, ayıbdır! Qonşuluq adına da ayıbdır, bəşəri dəyərlər adına da! - deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR