Ermənistanın baş naziri MƏLUM OLDU - CANLI

OXUNUB: 678 DÜNYA

Nikol Paşinyan deputatların 58 səsini alaraq Ermənistanın baş naziri seçildi.

***

Ermənistan parlamentinin xüsusi iclası başlayıb. İclasda baş nazirin seçilməsi məsələsi müzakirə edilir. İndiki dəqiqələrdə Paşinyan tribunadan çıxış edir.

***

Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında müxalifətin növbəti mitinqi başlayıb.

Meydana artıq on minlərlə insan toplanıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində saat 12:00-da baş nazir seçkisi başlayır. Etiraz aksiyasına rəhbərlik edən "Elk” fraksiyasının lideri Nikol Paşinyan baş nazir postuna əsas namizəddir. O, dünən tərəfdarlarına çağırış edərək onları saat 11:00-da Respublika meydanına çağırmışdı.

Paşinyanın tərəfdarları artıq səsvermənin nəticələrinə hazırlaşmağa başlayıblar. Onlar artıq parlament binasının yaxınlığında yolu qismən bağlayıblar. Onlar "Nikol! Nikol!" deyə qışqırırlar.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisi keçiriləcək. Nikol Paşinyan mayın 1-də keçirilən seçkidə o, lazımi səsləri toplaya bilməmişdi. Belə ki, parlamentdə üç fraksiya – "Elk”, "Daşnaksütyun” və "Sarukyan” – Paşinyanı dəstəkləyir. Lakin üç fraksiya ümumilikdə parlamentdə 48 yerə malikdir. Paşinyanın baş nazir seçilməsi üçün isə ən azı 53 səsə ehtiyacı var. Parlamentdəki çoxluğu hakim Respublika Partiyası təşkil edir. Paşinyanın seçilməsi üçün Respublika Partiyası fraksiyasının ən azı 6 üzvü ona səs verməlidir.

Hakim Respublika Partiya parlamentin üçdə birinin dəstəyini qazanan namizədi dəstəkləyəcəyini bəyan edib. Lakin keçmiş prezident və baş nazir Serj Sarkisyanın lideri olduğu partiyanın mayın 1-də keçirilən seçkilərdə olduğu kimi son anda mövqeyini dəyişdirməsi istisna edilmir.

Baş nazir postuna keçiriləcək seçkilər bundan sonrakı proseslərə böyük ölçüdə istiqamət verəcək. Ekspertlər hesab edir ki, hakim partiyanın sözündən qaçması və nəticədə Paşinyanın istədiyi səsi toplaya bilməsi ölkəni qanlı qarşıdurmalarla üz-üzə qala bilər. Onlar ölkəni ən pis ssenariləri qarşılamağa hazır olmağa çağırırlar.

İcmal.Az

RƏYLƏR