Ermənistanla sərhəddə saxlanılan iki Azərbaycan hərbçisi geri qaytarılıb

OXUNUB: 327 SOSİAL
Ermənistanla sərhəddə dekabrın 18-də saxlanılan iki Azərbaycan hərbçisi geri qaytarılıb.

Aparılan danışıqlar nəticəsində hərbçilərin bu gün qaytarılması mümkün olub.
Onlar hazırda Şuşa şəhəri

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Bu barədə 7NEWS.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur.


RƏYLƏR