Suriya ordusu İŞİD terror təşkilatına qarşı bir neçə istiqamətdə hücüma keçib.
Bu barədə ordudan məlumat verilib. Bildirilib ki, keçirilən bütün əməliyyatlar uğurla nəticələnib.
Belə ki, Suriya ordusu Homs şəhərinin şərqində İŞİD-ə qarşı əməliyyatı zamanı 1,8 min kvadrat kilometr ərazi terrorçulardan azad edilib.
Bundan başqa, Bəşər Əsəd qüvvələri İŞİD-in ən böyük qalalarından biri olan Deyr-ez-Zordan 45 kilometr şərqdəki Əl-Məyadin şəhərinə daxil olub.
Hər iki əməliyyat zamanı yüzlərlə terrorçu məhv edilib. Çoxlu sayda silah, sursat və hərbi texnika ələ keçirilib./olke.az
İcmal.Az

























