"Etalon Hospitalı"nın plastik cərrahı Seymur Məmmədov əməliyyat etmişdi- 34 yaşlı qadın öldü

OXUNUB: 3839 Səhiyyə
Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

Hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.
 
media-etal
 
Onun fevralın 27-də Bakı şəhərində yerləşən "Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilib.

Əməliyyatı "Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib.  Seymur Məmmədovla əlaqə yaratmağa çalışsaqda köməkçisi doktor hal-hazırda əməliyyatdadır, və heç bir açıqlama verə bilmərik deyə bildirildi.
 Нет описания фото.
 
Pərvanə Mirzəyevanın fotosunu təqdim edirik:
 
media-81

Hüquq -mühafizə orqanları tərəfindən ölüm faktı ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfindən fikirlərini dərc etməyə hazırıq.

RƏYLƏR