Etibar Pirverdiyev ona məxsus “Expressbank”ı satır.- Hansı məmura və neçəyə ?

OXUNUB: 663 GÜNDƏM İQTİSADİYYAT BANK
Azərbaycanda bank sisteminin durumu ilə bağlı yazmağın faydası yoxdur. 
Neçə illərdir ki, media bank sisteminin dayanıqsız, heç bir qanuna əsaslanmayan fəaliyyəti barədə yazır. Amma nə faydası.
Mərkəzi Bankın rəhbəri  Elman Rüstəmovun və qızının biznes şəbəkəsi Avropada genişləndikcə, ölkəmizdə bank sistemi çökür. 
Son illərdə neçə-neçə  bankın bağlanması bəllidir. 
Digər tərəfdən  ölkəmizdəki banklarda olan bank faizləri heç geri qalmış Afrika ölkələrində yoxdur. 
Yəni bizim bankirlər  1 qoyub 5 yox, 100 götürmək istəyirlər. 
Həm də nəzərə almalıyıq ki, bizdəki özəl bankların çoxu məmurlara, nazirlərə  məxsusdur. 
Əbəs yerə demirlər ki, Ziyanın bankı, Fazilin bankı, Fatmanın bankı və s. 
Yəni bizdə banklar korrupsioner məmurların adı ilə bağlıdır. 
Çoxu da istehlak krediti adı altında vətəndaşların dərisini soyur. 
Belə banklardan biri də Expressbank-dır. 
Bu bank yalandan özünü reklam edir, guya müddəti uzadır, 24 saat ərzində köçürmələri reklam edir. 
Bu bankın ölkəboyu  filialları var. 
"Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.
Bizim diqqətimizi bu bankla bağlı bir məqam cəlb etdi. 
Expressbankın   ötən ilin 9 ayı ərzində 10 milyon xalis gəliri olub, yəni bütün xərcləri çıxandan sonra təmiz gəlir. 
Bəs görəsən, Azərbaycan vətəndaşları nə qazanıb ?
Tam məsuliyyətlə deyə bilərik ki, heç nə: aldım qoz, satdım qoz. 
Gundelik-baku.com-un apardığı araşdırma zamanı  bəlli oldu ki, Expressbank  Azenerji ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevə məxsusdur. 
Ən maraqlısı odur ki, Etibar Pirverdiyev bankı satmağa hazırlaşır. 
Kimə və neçəyə ? 
Bu barədə növbəti yazıda. /Gundelik-baku.com/

RƏYLƏR