Etiraz aksiyalarına əlil arabasında qatılan müsəlman da öldürüldü - FOTO

OXUNUB: 668 DÜNYA

Qəzza zolağında İsrail ordusu ilə qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var.

İcmal.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrailli hərbçilərin Qəzza zolağında Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edən fələstinlilərə atəş açması nəticəsində ölənlərdən biri də "mübarizənin simvolu" sayılan Fadi Abu Salahdır.

 

İsrailin 2014-cü ildə Qəzzaya hücumu zamanı ayaqlarını itirən və etiraz aksiyalarına əlil arabasında qatılan 29 yaşlı Fadi Abu Salah da dünən həlak olub.

Qeyd edək ki, ötən gün Küveyt Qəzza zolağında vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

İcmal.Az

Etiraz aksiyalarına əlil arabasında qatılan müsəlman da öldürüldü - FOTO

RƏYLƏR