Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır - FOTO + YENİLƏNİB

OXUNUB: 546 DÜNYA

Ermənistan parlamentinin müxalifətdən olan deputatı, etiraz aksiyalarının təkşilatçısı Nikol Paşinyan ölkənin nəqliyyat kommunikasiyalarının blokadaya alınması ilə bağlı çağırış edib.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Ermənistandakı yolları yük maşınlarının köməyilə sakit, tez və inamla bağlayın. İnanıram ki, bizi möhtəşəm gün gözləyir”, - o deyib.

Onun çağırışından sonra avtomobil sahibləri Yerevanda əsas küçələrdən birində hərəkəti dayandırıb. Hadisə yerinə dərhal polis qüvvələri cəlb edilib. 

Bundan əvvəl, Ermənistan polisinin Yerevanda dövlət idarəetmə orqanlarına hücum edən aksiya iştirakçılarına atəş açma icazəsinin verilməsi ilə bağlı xəbər yayılmışdı. 

Xatırladaq ki, aprelin 18-də Paşinyan Ermənistanda Məxməri İnqilab komitəsinin yaradıldığını elan edib. 


 

İcmal.Az

RƏYLƏR