ETN 88 min ton təmiz və çirkab suyu 1.1 milyona daşıtdıracaq

OXUNUB: 0 HADİSƏ
Elm və Təhsil Nazirliyi bir sıra orta məktəblərdə çirkab suların çəkilıməsi və təmiz su ilə təchizat xidmətlərini satın alacaq.

Nazirliyin keçirdiyi tenderin nəticəsi dünən açıqlanıb.
Məlum olub ki, ETN-in Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu məsələ ilə bağlı "MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC ilə satınalma müqaviləsi bağlayıb. Həmin müqavilənin dəyəri isə 1 milyon 165 min 970 manat təşkil edir.
Məlumatda qeyd edilir ki, nazirlik Bakı şəhəri ərazisində yerləşən tədris müəssisələrinə 46.593 ton təmiz su daşıtdıracaq. Bakı üzrə çirkab suların həcmi isə 35 min 20 ton təşkil edəcək. Regionlarda isə bu proses yalnız çirkab suların daşınmasını əhatə edəcək. Onun həcmi isə 6 min 970 ton olacaq.
 
 


 

RƏYLƏR