7NEWS.az xəbər verir ki, İtaliyanın Siciliya adasında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Etna dünən yenidən fəaliyyətə başlayıb. Vulkanın püskürdüyü vulkan külü bölgəyə çatdığı üçün vulkanın yaxınlığındakı Kataniya-Fontanarossa hava limanında bütün uçuşlar dayandırılıb. Aeroport rəsmiləri təhlükəsizlik təmin olunmayana qədər uçuşların həyata keçirilməyəcəyini açıqlayıb. Avropanın ən böyük və ən aktiv vulkanı kimi tanınan 3330 metr yüksəklikdəki Etna vulkanında sonuncu böyük püskürmə 1992-ci ildə baş verib.
7NEWS.az