Ev sahibini öldürən ustaya cəza verildi

OXUNUB: 738 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində usta işlədiyi evin sahibini öldürməkdə təqsirləndirilən Eldar Babayevin cinayət işi üz məhkəmə prosesi yekunlaşıb.

Hakim Mayıl Bayramovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Eldar Babayev 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib. E. Babayevin hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu məlum olub.
 
Xatırladaq ki, E. Babayev Moskvada adam öldürdüyü görə məhbus həyatı yaşayıb. 2001-ci ildə Moskva şəhər Məhkəməsinin hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilib.  Daha sonra Azərbaycana gətirilən E. Babayev 2014-də azadlığa çıxıb./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR