"Everton" klubu satışa çıxarılıb

OXUNUB: 209 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İngiltərə Premyer Liqasında aşağı liqaya düşməmək üçün mübarizə aparan "Everton"la bağlı nəhəng iddia ortaya atılıb. İngiltərənin "Daily Mail” qəzetinin xəbərinə görə, 94% payla klubun sahibi olan İran əsilli amerikalı Fərhad Moşiri komandasını satmağa hazırlaşır. Evertonu almaq istəyən şirkət Amerikanın özəl investisiya şirkəti 777 Partners-dir. Baş ofisi Mayamidə olan qurumun mavi-ağlı klub üçün 600 milyon avro ödəyəcəyi iddia edilib.

7NEWS.az

RƏYLƏR