Çevik Polis Alayının əməkdaşı qardaşı tərəfindən qətlə yetirilib - YENİLƏNİB

OXUNUB: 724 HADİSƏ

Bakıda qardaşı tərəfindən öldürülən şəxsin polis əməkdaşı olduğu məlum olub.

  

Qardaşı Əli Əliyev tərəfindən bıçaqlanaraq öldürülən Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşıdır. O polis serjantı rütbəsi daşıyıb.

 

Hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

***

 

09.45

 

Bakı şəhərində qətl törədilib.

 

 Hadisə 9-cu mikrorayonda qeydə alınıb. Rayon sakini Əli Ramazan oğlu Əliyev qardaşı Muradı bıçaqlayaraq qətlə yetirib.

 

Ə. Əliyev hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa

 

 

İcmal.Az

RƏYLƏR