Evlərdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO - FOTO

OXUNUB: 571 HADİSƏ

Neftçala rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus qarajdan oğurluq edildiyini bildirib.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, qeyd edilən ünvanda araşdırma aparılan zaman məlum olub ki, oradan ümumi dəyəri 4610 manat dəyərində məişət avadanlıqları aparılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olmuş Vüsal Məmmədov və Adil Qəmbərov saxlanılıblar.

Araşdırma zamanı onların törətdikləri başqa cinayətlərin də üstü açılıb. Belə ki, şəxslər ifadələrində rayon ərazisində daha bir neçə fərdi yaşayış evindən məişət əşyaları oğurlayaraq satdıqlarını bildiriblər. Qənimətlərinin bir qismi müəyyən edilərək maddi sübut kimi götürülüb.

Adil Qəmbərov - Saxlanılan şəxs: "Bazarın yanından götürmüşük. 2 televizor, 1 noutbuk. Ondan sonra evdən 3 televizor götürmüşük. 1 dənə də samovar götürmüşük".

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İcmal.Az


Evlərdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO - FOTO

Evlərdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO - FOTO


RƏYLƏR