Evlərə qənim kəsilən oğru yaxalandı

OXUNUB: 784 HADİSƏ

Sumqayıt şəhərində oğurluqla məşğul olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyev tutulub.
Onun ötən ilin noyabr-dekabr ayları ərzində şəhər ərazisində mağazalardan birindən ərzaq məhsulları, bir nəfərin içərisində geyim əşyası və sənəd olan çantasını, habelə 3 evdən ərzaq məhsulları, geyim və məişət əşyaları oğurladığı müəyyən edilib./publika.
 
İcmal.Az

RƏYLƏR