Çexiyada donorlara əlavə imtiyazlar təqdim ediləcək

OXUNUB: 1088 DÜNYA

2018-ci ildən etibarən Çexiyada donorlara əlavə imtiyazlar təqdim ediləcək. Hər dəfə təmənnasız qan verərkən vergi rüsum bazasından 2 deyil, 3 min kron, sümük iliyi üçün isə 20 min kron çıxa bilərlər. 

 Qanuna müvafiq düzəlişlər respublika Senatı tərəfindən qəbul edilib.  

Sənəddə daha bir mühüm yenilik var. Çexiya qan donorları reyesterində qeydiyyatdan keçən hər bir şəxs vergi rüsum bazasından 8 min kron çıxa bilər. Amma bunu yalnız bir dəfə etmək mümkündür. 

Yeni imtiyazlardan 2017-ci il üçün deklarasiya təqdim edilərkən istifadə etmək mümkündür. Qanuna dəyişiklikliyin məqsədi əhalini qan donoru olmaq üçün motivasiya etməkdir. Hazırda Çexiyada 270 min donor var, bu isə əhalinin 2,5%-ni təşkil edir. Bu, Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi saydan iki dəfə azdır. /oxu

 

İcmal.Az

RƏYLƏR