7NEWS.az xəbər verir ki, İranda Mahsa Əmini etirazlarında iştiraka görə edama məhkum edilənlərin sayı günü-gündən artarkən, Paris Bələdiyyəsi iranlı nümayişçilərə dəstək və İran hökumətinə reaksiya alıb. "İranda edamlara son qoyulsun” şüarları Paris bələdiyyəsi tərəfindən Fransanın paytaxtı Parisdə dünyaca məşhur Eyfel qülləsində əks olunub. Paris Bələdiyyəsi tərəfindən edilən açıqlamada, İran hökumətinin etirazçıları edam etməyə davam etdiyi bir vaxtda azadlıqları üçün cəsarətlə mübarizə aparan və müxalifətə dəstək verənlərin xatirəsini yad etmək üçün sözügedən şüarların Eyfel qülləsinə proyeksiya edildiyi bildirilib.
7NEWS.az