Fatiməyə təcavüz edən rejissoru 20 ilədək həbs gözləyir

OXUNUB: 633 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva  müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi.

İcmal.Az-ın məlumatına görə, Fatimə 81 yaşlı Razovskini məhkəməyə verib. Bu haqda aktrisa özü xəbər yayıb.

O bildirib ki, bunun üçün 12 vəkilin köməyindən istifadə edib:

"12 vəkilin nəzarətindən və 12 ildən sonra Razovskini məhkəməyə verdim. Təcavüzə və seksual xarakterli hərəkətlərə məcbur etdiyinə görə onu 5 ildən 20 ilədək həbs gözləyir”.

Qeyd edək ki, bundan əvvəl rejissor özü Fatiməni məhkəməyə verməyə hazırlaşırdı. "Vəkillərlə məsləhətləşmək lazımdır. Hələ ki çirkaba batmaq istəmirəm” deyə, Razovski Rusiya mediasına açıqlamasında bildirib.

 


İcmal.Az

RƏYLƏR