Fazil Mustafa Penitensiar Xidmətin fəaliyyətini tənqid etdi

OXUNUB: 682 SOSİAL

Milli Məclisin bu gün keçirilən iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub.

İcmal.Az xəbər verir ki, APA-nın məlumatına görə, çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.

O qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: "Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib”.

Deputat Milli Məclisin bu məsələləri nəzarətə götürməsini təklif edib.

İcmal.Az

RƏYLƏR