FBI Kraliça Elizabetə qarşı sui-qəsd planlarının sənədlərini açıqladı

OXUNUB: 271 Özəl DÜNYA
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) İngiltərə kraliçası II Elizabetin 1983-cü ildə ABŞ-a səfəri zamanı planlaşdırılan sui-qəsdin sənədlərini paylaşıb.

7NEWS.az xəbər verir ki, Kraliçanın ABŞ-a səfəri ilə bağlı məlumatların və mümkün sui-qəsd planlarının təfərrüatlarının yer aldığı sənədlərdə kraliçanın İrlandiya Respublika Ordusunu (IRA) təhdid kimi qəbul etdiyi və federal agentləri bu ehtimalla bağlı xəbərdar etdiyi görünür.

Kraliça Elizabetin və əri Şahzadə Filipin səfərdən təxminən bir ay əvvəl sui-qəsdlə bağlı xəbərdarlıq edildiyini bildirən sənədlərdə San-Fransiskoda İrlandiya barlarından birində bir adamın "öldürülən qızı üçün qisas almaq” istədiyinə dair kəşfiyyat məlumatlarına yer verilib.

7NEWS.az

RƏYLƏR