Federal Ehtiyatlar Sistemi ölkənin altı ən böyük bankından iqlim dəyişikliyi ilə bağlı risklərin portfellərindəki bəzi aktivlərə təsirini təhlil etməyi xahiş edib.
7NEWS.az xəbər verir ki, Fed-in verdiyi açıqlamada bankın pilot iqlim ssenarisi analizi işinin necə aparılacağına dair məlumatlar paylaşılıb. Bəyanatda bildirilib ki, iqlim risklərinin idarə edilməsi təcrübələrinin daha dərindən dərk edilməsi və iqlimlə bağlı maliyyə risklərinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və idarə edilməsi üçün potensialın yaradılması məqsədilə keyfiyyət və kəmiyyət məlumatlarının toplanacağı bildirilib.
Açıqlamada ABŞ-ın 6 ən böyük bankından iqlim riski analizinin tələb olunduğu və bu bankların daşqın, meşə yanğınları, qasırğa, isti dalğaları və quraqlıq kimi hadisələrin ölkəmizə təsirini qiymətləndirəcəyi qeyd edilib.
7NEWS.az