Fələstində Ramazan fətvası — Orucluqda boşanmaq qadağandır

OXUNUB: 775 DÜNYA
Fələstinin şəriət məhkəmələri Ramazan ayı ilə bağlı yeni fətva veriblər.


Yeni fətvaya əsasən Ramazan ayının sonuna qədər boşanmaq üçün məhkəməyə müraciət etmək qadağan edilib.

Şəriət məhkəmələrinin açıqlamasında deyilir: "Bəzi cütlər oruc olduqları üçün tez və səhv qərar verə bilərlər. Aclıq və siqaresizlik problem yaratma səbəbi olduğu üçün yanlış və tez qərarlar alınır. Bu səbəbdən Ramazan ayı bitənə qədər boşanmaq üçün müraciət etmək qadağan edilir".

Açıqlamaya əsasən bu qərar ötən illərdəki Ramazan ayında yaşanan təcrübələrə əsasən qəbul edilib. Bəzi istisna hallar da qərarda nəzərdə tutulub.

Fələstin Şəriət Məhkəmələrinin sədri əl-Habaşın bu qərarı işğal altındakı İordan çayının qərb sahillərində tətbiq ediləcək. Qəzzadakı şəriət məhkəmələri isə "Həmas"ın idarəsi altında olduqları üçün bu qərarı tətbiq etməyəcəklər./olke.az
 
 İcmal.Az

RƏYLƏR