Fələstinli Kərim Yunus 40 ildən sonra azadlığa buraxılıb

OXUNUB: 302 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsraildə 66 yaşlı Kerim Yunus İsrail işğalına müqavimət göstərərkən İsrail əsgəri Avraham Bromberqi öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Daha sonra cəzası 40 ilə endirilən Yunus 1983-cü ildən 40 ilini İsrail həbsxanalarında keçirib. Fələstin Məhbuslar Dərnəyindən verilən açıqlamada Yunusun cəzasını tamamladığı və sərbəst buraxıldığı bildirilib. Azadlığa çıxdıqdan sonra açıqlama verən Yunus "Xalqımızın azadlığı üçün daha 40 il təklif etməyə hazırıq” deyib.

7NEWS.az

RƏYLƏR