“Femme a la montre” 139 milyon dollara satılıb

OXUNUB: 336 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Dünya şöhrətli rəssam Pablo Pikassonun 1932-ci ildə çəkdiyi məşhur "Femme a la montre" (Saatlı qadın) tablosu ABŞ-ın Nyu-York şəhərində Sotheby's hərrac evinin keçirdiyi hərracda rekord qiymətə satılıb. Hərrac evindən verilən açıqlamaya görə, 139,4 milyon dollara satılan rəsm bu il dünya üzrə hərracda satılan ən qiymətli sənət əsəri olub. Əsər həm də Pikassonun ən yüksək qiymətə satılan ikinci tablosu kimi qeydə alınıb.

7NEWS.az

RƏYLƏR