Fərhad Əhmədov 2 milyonluq saat xəbərini təkzib etdi: "Məhkəməyə verəcəm"

OXUNUB: 547 HADİSƏ
İspaniyanın İbiza şəhərində 22 yaşlı Azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb. 

Məlumata görə, saat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğluna məsus olub. Qurumdan bu barədə yayılan məlumatlara münasibət bildirilib. "Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosialyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütəmadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalif yönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar. Bu yalan və cəfəngiyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmayıb, Londondakı King’s College-də təhsil almayıb”,- deyə açıqlamada vurğlanıb. Bundan sonra saatın Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun oğluna məxsus olduğuna dir xəbər yayılıb. 

Fərhad Məmmədov ATV.az-a bildirib ki, saatla bağlı söylənilənlər həqiqət deyil. F.Əhmədovun sözlərinə görə, o, qol saatı taxmır: "Sonuncu dəfə 10 il əvvəl  qolumda saat görüblər. 22 yaşlı oğlum da mənə oxşayır, o da bahalı saat həvəskarı deyil. Barəmizdə dezinformasiya yayanlar məhkəmə üçün darıxıb. Problem deyil. Mən onları bundan azad edərəm”.

İcmal.Az

RƏYLƏR