Fərhad Hüseynov Mirsaleh Seyidovun fəaliyyətinə necə mane olur?

OXUNUB: 503 HADİSƏ
Penitensiar Xidmətin kadrlar şöbəsinin rəisi Əflatun Məmmədovun həbsi qaçılmazdır

Prezident İlham Əliyevin sərəncamı ilə Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Seyidov bu sistemdə uzun illərdən bəri ənənə halını alan rüşvət və digər neqativ hallarla mübarizəyə başlayıb.

Qeyd edək ki, ötən müddət ərzində istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla onların yaxınlarının görüşü zaman tələb olunan rüşvət ləğv edilib.

Bundan başqa məhkumların qida təminatında da müsbət irəlləyişlərin olduğu deyilir.

Belə ki, bu addım indiyədək normal qidadan mərhum olan minlərlə imkansız məhbus üçün sevindirici olub.

Bundan başqa Penitensiar Xidmətin yeni rəisi vaxtından əvvəl cəzadan azadetmə məsələlərini də prioritet seçib.

Əvvəllər bu hal üçün məhkumlardan, onların yaxınlarından rüşvət müqabilində məhkəmə üçün müsbət rəy məktubu yazılırdısa, indi bu qanunsuz tələb aradan götürülüb.

Ancaq indi yeni rəisin tapşırığına əsasən müəssisə rəhbərliyi qanunla müəyyən olunan müddəti başa vuran bütün məhkumlarn sənədlərini zamanında yerli məhkəmələrə təqdim edir.

7GÜN XƏBƏR xəbər verir ki, Gununsesi.info-nun araşdırması zamanı Penitensiar Xidmət rəisinin bu sahədə ciddi dönüşə səbəb olacaq qərarları bəzi müəssisə rəislərinin ürəyincə olmayıb.

Belələrindən biri də Şəki Penitensiar Müsəssisəsinin rəisi Fərhad Hüseynovdur. Qeyd edək ki, Avropa standartlarına uyğun qurulan bu müəssisə həm təcridxana, həm də ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən ibarətdir.

Bildirilir ki, məhkumlara qarşı qanunsuz davranış, onların görüşə gələn yaxınlarından pul tələb edilməsi kimi köhnə ənənələr hələ də burada dayandırılmayıb.

İddiaya görə, müəssisəyə ilk daxil olan məhkum 14 günlük karantindən vaxtından əvvəl çıxmaq üçün 500 manat verməlidir. Bundan başqa təcridxanada iki nəfərlik kamerada qalmaq üçün 3000 manat pul verilməlidir, istənilən vaxt yuyunmaq üçün pullu hamam 10 manat, istənilən vaxt telefonla danışmaq dəqiqəsi 5 manat, saç saxlamaq üçün ayda 100 manat, tibb məntəqəsində qalmaq üçün ayda 2000 manat, karsa düşməmək üçün 500 manat, vaxtından əvvəl ailə üzvülərinlə görüşmək 300 manat və sairə hamısına pul ödənilməlidir.

"Məhkumların yaxınları ilə görüşdə əvvəlki dövrlərdəki kimi rüşvətlə həll olunur” deyə məhkum yaxınları əlavə edib.

Məhkum yaxınları mətbuat vasitəsilə Mirsaleh Seyidovun bu müəssisəyə xüsusi diqqət göstərməsini xahiş edir.

Bu arada onu da qeyd edək ki, 7GÜN XƏBƏR-ə daxil olan məlumata görə, yaxın vaxtlarda Penitensiar Xidmətdə kadr islahatlarına start veriləcək. Çoxlu sayda yüksək vəzifəli şəxslər işdən çıxarılacaq. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə işini itirəcək şəxslər arasında Penitensiar Xidmətin kadrlar şöbəsinin rəisi Əflatun Məmmədovun da adı var.

Qısaca olaraq qeyd edək ki, Əflatun Məmmədovun adı Penitensiar Xidmətdə işə düzəlmək istəyən bəzi şəxslərdən ümumilikdə 250 min manatdan artıq rüşvət almqda keçirdi. Həmin vaxt Ceyhun Həsənov Əflatun Məmmədovun məsuliyyətə cəlb edilməsinə imkan vermədi. Ona görə ki, Əflatun Məmmədovun ayrı-ayrı şəxslərdən aldığı pulun böyük hissəsi məhz Ceyhun Həsənova çatmışdı. Ancaq indi vəziyyət dəyişib. Əflatun Məmmədov bu dəfə məsuliyyətdən heç cür yaxasını qurtara bilməyəcək. Onun həbs olunması qaçılmaz olacaq. Bu məsələ ilə bağlı ayrıca araşdırma aparacağıq./7GÜN XƏBƏR

RƏYLƏR