Sport7.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino öz açıqlamasında bildirib.
İnfantino videotəkrardan yalnız müsbət fikirlər eşitdikləri üçün yararlanacaqlarını vurğulayıb. Mundiala qədər isə bu sistemdən Konfederasiyalar Kubokunda da yararlanacaqlar.
Xatırladaq ki, 2016-cı ilin martında iki illik sınaq müddəti kimi videoköməkdən istifadəyə icazə verilib. Bu sistemdən klublararası dünya çempionatı və İtaliya B Seriyasında yararlanıblar.
Sport7.az