FİFA İspaniya Futbol Federasiyasının prezidentini istefaya göndərib

OXUNUB: 168 Özəl DÜNYA
FİFA İspaniya Futbol Federasiyasının prezidentini vəzifəsindən kənarlaşdırıb

7NEWS.az xəbər verir ki, FİFA, qadınlar arasında dünya çempionatının finalını qazanan İspaniya millisinin yarımmüdafiəçisi Hermosonu dodaqlarından öpən İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesi cəzalandırıb. FİFA İntizam Komitəsi Rubialesin qadınlar arasında dünya çempionatının finalı zamanı davranışını, o cümlədən oyunçunun razılığı olmadan öpüşməsini araşdırmaq qərarına gəlib.

Rubialesin ona qarşı "intizam istintaqının nəticəsini gözləmək üçün" 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıldığı açıqlanıb.

7NEWS.az

RƏYLƏR