Filippinin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. 11 kilometr dərinlikdə qeydə alınan zəlzələdə can və mal itkisinin olmadığı bildirilib.
7NEWS.az xəbər verir ki, Filippinin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verdiyi, zəlzələdə can və mal itkisinin olmadığı ifadə edildi. Filippin Vulkan və Zəlzələ Elmləri İnstitutu, sahilyanı Davao de Oro şəhərində Yeni Bataan bölgəsindən təxminən 14 kilometr aralıda 6,1 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
7NEWS.az