7NEWS.az xəbər verir ki, Filippində yağan güclü yağış daşqınlara səbəb olub. Mülki müdafiə qruplarının verdiyi açıqlamada ölkənin cənub və şərq bölgələrində bir həftədir davam edən leysan yağışları nəticəsində 11 nəfərin öldüyü, 19 nəfərin itkin düşdüyü bildirilib. Açıqlamada sel səbəbiylə 45 min 700 nəfərin təxliyə edildiyi də bildirilib. Qərbi Misamis əyalətində çayların daşması nəticəsində kəndləri və magistral yolları su basıb, elektrik xətləri sıradan çıxıb. Sahil təhlükəsizlik qruplarının seldə qapalı qalan onlarla adamı xilas etdiyi öyrənilərkən, Gingoog şəhərində sel sularının bel səviyyəsini aşdığı öyrənilib. Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
7NEWS.az