Filippində hərbçilər 90 İŞİD terrorçusunu məhv etdi

OXUNUB: 691 DÜNYA
Filippin silahlı qüvvələri ölkənin cənubunda İŞİD terrorçularına qarşı mübarizə aparır.


Hökumət qüvvələri və islamçı-terrorçular arasında Maravi şəhərində baş verən toqquşmalarda 90 nəfər terrorçu məhv edilib.

Əvvəlcə 60 terrorçunun məhv edildiyi barədə xəbər verilmişdi.

Filippində başlayan böhran nəticəsində 21 hərbçi, 19 nəfər mülki vətəndaş həlak olub. Ordu birləşmələri isə terrorçulara qarşı mübarizəyə qalxıb. İŞİD-in nəzarəti altında olan şəhərin müəyyən ərazisində yaşayan dinc sakinlərin sayı çoxdur. Bildirilir ki, şəhər uğrunda amansız mübarizə gedəcək./olke.az
 
İcmal.Az

RƏYLƏR