Finlandiya polisi Quranın yandırılmasına icazə verməyəcək

OXUNUB: 195 Özəl DÜNYA

Finlandiya Milli Polis İdarəsi İsveç və Danimarkada ictimai yerlərdə Quranın yandırılması kimi müqəddəs kitabları hədəf alan hərəkətlərin cinayət sayılacağını və polisin belə hərəkətlərə icazə verməyəcəyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Finlandiya qanunları dini sakitliyin pozulmasını "cəzalandırıla bilən cinayət” hesab edir.
Ötən həftələrdə danimarkalı ifrat sağçı siyasətçi Stokholm və Kopenhagendə Quranı yandırmış, təhlükəsizlik qüvvələri ölkə qanunlarının pozulmadığını bildirərək etirazların qarşısını almayıb.

Finlandiya qanunlarına görə, həmin şəxslərə 6 ay həbs cəzası verilə bilər.

7NEWS.az

RƏYLƏR