7NEWS.az xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Finlandiya şərq sərhədini möhkəmləndirməyə çalışır. Finlandiya sərhəd təhlükəsizliyini artırmaq üçün Rusiya sərhədində 200 km uzunluğunda divar inşa etməyə başlayıb. Divarın müəyyən yerlərində gecəgörmə kameraları, işıqlar və dinamiklər yerləşdiriləcək. Sərhədçilər divarın 3 metr hündürlüyündə olacağını və üzərində tikanlı məftillərin olacağını açıqlayıblar.
7NEWS.az