Finlandiyanın cənubunda Rusiya sərhədindən 100 kilometr aralıda yerləşən Kotka şəhərində Leninin ölkədəki sonuncu heykəli götürülüb.
7NEWS.az xəbər verir ki, Şəhərsalma Şurasının sədri Markku Hannonen qeyd edib ki, ərazidə yaşayan bəzi sakinlər Leninin heykəlinin qalmasını istəyiblər, lakin şəhərdə əksəriyyət buna qarşı çıxıb və onun götürülməsini tələb edib.
7NEWS.az