Finlandiyada polis Quranın yandırılmasına icazə verməyəcək

OXUNUB: 155 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması NATO-ya üzv olmaq istəyən bu ölkənin prosesini çətinləşdirib. İsveç məsələyə yalnız ifadə azadlığı baxımından baxdığı halda, NATO-ya üzv olmaq istəyən qonşusu Finlandiya müqəddəs kitabları hədəf alan nümayişlərə fərqli yanaşır. Finlandiya Milli Polisi bəyan edib ki, İsveç və Danimarkadakı kimi müqəddəs kitablara və hərəkətlərə hörmətsizlik edilməsinə icazə verilməyəcək. Finlandiya hesab edir ki, dini icma tərəfindən müqəddəs kitaba hörmətsizlik edilməsi ölkədə dini sülhün qorunmasını pozacaq. Polisin Finlandiya Xəbər Agentliyinə (STT) verdiyi açıqlamada, ölkə qanunlarının dini sülhün pozulmasının cəzalandırılan cinayət olduğunu qeyd etdiyi vurğulanıb. Qurani-Kərimin yandırılması ilə bağlı aksiya nəzərdə tutulursa, təşkilatçıya buna icazə verilməyəcək.

7NEWS.az

RƏYLƏR