"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."

OXUNUB: 1255 ŞOU-BİZNES

Artıq bir neçə müddətdir ki, Xalq artisti Flora Kərimovayla, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov arasında mübahisə hələ də davam edir. Tərəflər mətbuat vasitəsilə bir-birilərinin ünvanına ittihamlar səsləndirirlər.

 

Şeyx Əbdül sonuncu açıqlamasını verərək Flora söhbətinə nöqtə qoyduğunu bildirib:

 

"Bu məsələ yuxarı səviyyəyə gəlib çıxıb və bununla bağlı çəkiliş oldu və orda hər şeyi dedim. Əvvəla Flora məni düşmən obyekti seçməyinin səbəbini desin. İkincisi Mədəniyyət Nazirliyi ilə bağlı başqa bir şey deməmişəm axı, Flora xanım mənbəni göstərsin. Qaldı ki, nəsə demişəmsə, yaxşı etmişəm, bunun Floraya nə dəxli var?! Əbülfəs Qarayevin işdən çıxmasını Flora bayram edir, çünki onun ən böyük düşməniydi, sevindiyindən belə edir. Flora nə deyir desin, Allah işin avand eləsin. Mənim ünvanıma söz deyən adamları tapdım və onları cəzalandıra da bilərdim. Onlar kişilik nədir bilmirlər, qoluboy adamlardılar. Bu məsələyə nöqtə də qoydum. Bundan sonra Flora nə istəyir desin, amma ayıbdır. Çünki bunlar əsassızdır, şərdir, heç bir əsası yoxdur. Üstəlik də məni təhqir edir. Əbülfəs bəyi mən heç yerdə tənqid etməmişəm, çünki o, mənim dostumdur. Flora xanımı bir də öpürəm, bağrıma basıram. Əgər məni şərləmək istəyirsə, bunu etsin, amma təhqir etməyə cəsarət etməsin. Üstəlik cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki, Şeyxin kim olduğunu öyrənsinlər.

Mənim 75 yaşımda fəxri ad almağım ilk öncə Flora xanım üçün utanc idi. İndiyə kimi niyə demirdi ki, bu boyda Şeyxə ad və təqaüd niyə vermirsiniz?! Qaldı ki, Flora bilmir mən necə kişiyəm, ailəm, uşağım, qohum-əqrəbam, elim-obam var. O, qadın olduğu üçün yana-yana qalmışam. Flora axı niyə məni ünvan seçib, bizim gözəl münasibətlərimiz olub. Mənə evi qanuni şəkildə veriblər, bununla bağlı əlimdə üç məhkəmə qətanaməsi var idi.  Flora bunları niyə demirdi. Hər şeydən əvvəl mən möhtəşəm nəslin bir övladıyam, ailəm də, özüm də buna sübutdur. Kişiliyə sataşmaq söhbətin heç kimə bağışlaya bilmərəm. Çəkdiyim filmləri dünyanın 140 ölkəsində baxırlar. Floradan bunlar heç gözləmirdim. Nəysə, lənət şeytana”

RƏYLƏR