“Fontan vuran” qarpız alıcını şoka saldı – VİDEO + YENİLƏNİB

OXUNUB: 712 SOSİAL

"Gün qabağında qalan, xarab olan qarpızlar kəsiləndə onun içərisindən su "fontan vurub” çıxa bilər”.

İcmal.Az xəbər verir ki, bunu Femida.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi xüsusi cihaz vasitəsilə qarpızlar üzərində ötən il və bu il monitorinqlər aparıb:  "Bu il apardığımız monitorinqlərin nəticəsi olaraq onu deyə bilərəm ki, satışda olan qarpızların tərkibində nitridlərin (kübrə) miqdarı normadan artıqdır. Qarpızın bir kiloqramında yol verilən nitridlərin maksimum miqdarı 60 milliqram ola bilər. İnsanın zəhərlənmə həddi isə 200-300 milliqramdır. Monitorinqlərimizin nəticəsində məlum oldu ki, satışda olan qarpızların əksəriyyəti yüksək faizli nitridlərlə zəngindir”.

E.Hüseynov onu da əlavə etdi ki, əhali qarpızı seçərkən diqqətli olmalıdır: "Nitridsiz qarpızın çəkisi 3-4 kiloqram ola bilər. Qarpızın qabığı yarım santimetrdən artıq olmamalıdır. Qarpızın rəngi çəhrayı yox, tünd-al qırmızı olmalıdır. Ola bilər ki, çəhrayı rəngli qarpız şirin olsun. Bu, aldadıcıdır. Ehtiyatlı olmaq lazımdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə qarpızın içərisindən qazın çıxmasını əks etdirən video yayılıb. Həmin qarpızın Bakıda marketlərdən birindən alındığı deyilir.

12:50

Bakıda fəaliyyət göstərən marketlərdən birində xarab və dərmanlı qarpızların satıldığı iddia edilir.

İcmal.Az xəbər verir ki, bu barədə baku.ws-ə Yasamal rayon sakinləri məlumat veriblər.

Buna sübut kimi, redaksiyaya göndərilən videoda görünür ki, kəsilən qarpıza bıçaq vurulan kimi qıcqırmış su çıxmağa başlayır.

Həmçinin iddia olunur ki, dərman vurulan qarpızın kəsildikdən sonra xoşagəlməz qoxusu yayılır. Alıcılar gördüklərinə inana bilmədiklərini bildiriblər.



RƏYLƏR