"Ford" Kölndəki zavodunda 3200 işçini ixtisar etməyi planlaşdırır

OXUNUB: 490 Özəl DÜNYA
Avtomobil istehsalçısı "Ford" Almaniyanın Köln şəhərindəki fabrikində elektromobillərin akkumulyator qiymətlərinin artması və ABŞ və Avropa iqtisadiyyatlarında gözlənilən tənəzzül səbəbindən 3200 işçisini işdən çıxaracaq.

7NEWS.az xəbər verir ki, baş ofisi ABŞ-da olan avtomobil istehsalçısı "Ford"un elektriklə işləyən avtomobillər üçün akkumulyator xərclərinin artması və ABŞ və Avropa iqtisadiyyatlarında gözlənilən tənəzzülün təsiri ilə Almaniyanın Köln şəhərindəki fabrikində 3200 işçini işdən çıxaracağı bildirildi. Sözügedən fabrikdə 15 min adamın çalışdığı "Ford", mövzu ilə bağlı hələ ictimaiyyətə açıqlama verməyib.

7NEWS.az

RƏYLƏR