Frankfurt hava limanını su basıb

OXUNUB: 263 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Dünən axşam saatlarında Almaniyanın cənub-qərb və mərkəzi bölgələrində təsirli olan şiddətli yağış sellərə səbəb olub. Hessen ştatının Frankfurt şəhərində küçələri, yeraltı keçidləri, zirzəmiləri və qatar stansiyalarını su basıb. Frankfurt hava limanında perron gölə çevrilib və təyyarələr suda qalıb. 70-ə yaxın reys təxirə salınıb, Frankfurt hava limanına gələn 23 reys isə başqa hava limanlarına yönləndirilib.

7NEWS.az

RƏYLƏR