Fransa şirkəti Bakı gömrüyünü məhkəməyə verdi

OXUNUB: 34 GÜNDƏM İQTİSADİYYAT
Bakı Baş Gömrük İdarəsi Məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı "CNİM Azərbaycan LTD” MMC-dir. İddia Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətlinin icraatındadır. 21 fevral 2021-ci il tarixə hazırlıq iclası təyin edilib. 

Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.

"CNİM Azərbaycan LTD” MMC Fransa şirkəti "CNİM S.A”nın Azərbaycandakı  törəməsidir. "CNİM S.A” Bakıda bərk məişət tullantılarının yandırılması zavodunun layihələndirilməsi, tikilməsi və istismarı üzrə elan olunmuş beynəlxalq tenderin qalibi olub. 

RƏYLƏR