Fransa Ukraynaya tank göndərəcək

OXUNUB: 227 Özəl DÜNYA
Fransa prezidenti Makron Rusiyanın hücumlarına qarşı Ukraynaya yüngül tanklar göndərəcəklərini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya yüngül tanklar göndərəcəyini açıqlayıb. Sosial media hesabından açıqlama verən Emmanuel Makron "Avropaya sülh gələnə qədər” Rusiya tərəfindən işğal olunmuş Ukraynaya dəstək verməyə davam edəcəklərini bildirib. 

Ukrayna prezidenti Vladimir Zelenski ilə daim təmasda olduğunu qeyd edən Makron Fransanın Ukraynanı yüngül tanklarla təmin edəcəyini və hava hücumundan müdafiəni dəstəkləməyə davam edəcəyini vurğulayıb. 

7NEWS.az

RƏYLƏR