Fransada 15 yaşa qədər olan istifadəçilərin interneti məhdudlaşdırılacaq

OXUNUB: 170 Özəl DÜNYA
Fransa Senatı 15 yaşından kiçik istifadəçilərin qeydiyyatdan keçməsini və valideynlərinin razılığı ilə sosial media platformalarından istifadə etməsini tələb edən qanun layihəsini qəbul edib.

7NEWS.az xəbər verir ki, Fransa Senatı sosial mediada nifrətlə mübarizəyə yönəlmiş qanun layihəsini müzakirə edib. Sessiyada qəbul edilən qanun layihəsi 15 yaşına çatmamış uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edir. Buna görə platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər.

7NEWS.az

RƏYLƏR