Fransada 6 hava limanı hücum təhlükəsi səbəbindən boşaldılıb

OXUNUB: 262 Özəl DÜNYA

AFP xəbər agentliyinə danışan polis mənbəsi Fransada altı hava limanının hücum təhlükəsi aldıqdan sonra boşaldıldığını bildirib.

7NEWS.az xəbər verir ki, hücum təhdidlərindən sonra Fransanın Lill, Lyon, Nant, Nitsa, Tuluza və Beauvai hava limanlarının boşaldıldığı açıqlanıb. Məsələ ilə bağlı Fransanın Agence France-Presse (AFP) xəbər agentliyinə danışan polis mənbəsi elektron poçt vasitəsilə alınan 'hücum təhdidləri' səbəbiylə hava limanlarının boşaldıldığını bildirib.

7NEWS.az

RƏYLƏR